Türkiyə Ermənistanla münasibətlərində Azərbaycanla koordinasiyalı fəaliyyət həyata keçirir.
“İki sahil” xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair hesabat tədbirində jurnalistlərin suallarını cavablandırarkən deyib.
O qeyd edib ki, Türkiyə Azərbaycan üçün qardaş dövlət və müttəfiqdir:
"Bu münasibətlərin bənzəri yoxdur, çünki bunun bünövrəsində tarixi əlaqələr, dostluq, qardaşlıq dayanır. Türkiyə Azərbaycan-Ermənistan münasibətlərinə çox həssas yanaşıb".
Nazir diqqətə çatdırıb ki, Türkiyə XİN başçısı Hakan Fidan da onların Ermənistanla münasibətlərinin Azərbaycanla Ermənistan münasibətlərinin irəliləyişindən asılı olduğunu deyib:
"Türkiyə və Ermənistan arasında uçuşlarla bağlı irəliləyişdən də məlumatlıyıq və heç bir problem yoxdur".
Mehriban Əliyeva Pasxa bayramı münasibətilə Azərbaycanın xristian icmasını təbrik edib
Mərkəz rəhbəri: Vətəndaş cəmiyyətinin gələcək fəaliyyətinin necə olacağı barədə müzakirə aparılıb