Azərbaycan neft məhsullarının Gürcüstana ixracı ilə bağlı Rəsmi Tbilisinin təklif etdiyi ilkin tarif məqsədəuyğun deyildi.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov 2025-ci ilin yekunlarına dair hesabat zamanı jurnalistlərin suallarını cavablandırarkən deyib.
"Gürcüstan tərəfindən təklif olunan tarif çox yüksək idi. Bu isə Azərbaycan tərəfdə suallar yaratdı, çünki təklif mövcud praktikaya uyğun deyildi. Ancaq Gürcüstan rəhbərliyi məsələdən xəbər tutan kimi müdaxilə etdi və vəziyyət dəyişdi, tariflərlə bağlı məsələ öz həllini tapdı, bazar şərtlərinə uyğun tariflər şirkətlər arasında razılaşdırılır", - o qeyd edib.
Ceyhun Bayramov Maqdalena Qrono ilə Azərbaycan-Aİ əməkdaşlığını müzakirə edib
Qida təhlükəsizliyinin təmin edilməsinə dair Dövlət Proqramı təsdiq edilib - SƏRƏNCAM
Qara dənizdə dron hücumuna məruz qalan gəmidə 2 azərbaycanlı həlak olub, 2-si yaralanıb