Fondun investisiya strategiyası uzunmüddətli sabit gəlirliliyin təmin olunmasına xidmət etməklə, qlobal tendensiyalara və dayanıqlı inkişaf məqsədlərinə uyğun şəkildə formalaşdırılır. Son illərdə ARDNF-nin infrastruktur portfeli çərçivəsində yaşıl enerjiyə yönəldilmiş investisiyaları tədricən artmaqdadır.
Bu fikirləri ARDNF-nin icraçı direktoru İsrafil Məmmədov “İki sahil”qəzetinə özəl müsahibəsində qeyd edib.
İcraçı direktorun sözlərinə görə, dayanıqlı infrastruktur investisiyalarına nümunə kimi qeyd edək ki, ARDNF 2025-ci ildə İtaliyada bərpa olunan enerji sahəsində fəaliyyət göstərən beynəlxalq “Enfinity Global” şirkətinin günəş elektrik stansiyalarından ibarət portfelində 49%-lik pay əldə etmiş, habelə İtaliyanın yüksək sürətli dəmir yolu operatoru “Italo” şirkətinə 34,5 milyon avro həcmində investisiya yatırmışdır.
İsrafil Məmmədov vurğulayıb ki, bu yanaşmaya əsaslanaraq, gələcəkdə də Fondun strategiyası çərçivəsində yaşıl enerji layihələrinə investisiyaların nəzərdən keçirilməsi planlaşdırılır. Dayanıqlı enerji mənbələrinə keçid və yaşıl enerjinin inkişafı Azərbaycanın enerji siyasətinin əsas istiqamətlərindən biridir və bu kontekstdə iqtisadi inkişafla ətraf mühitin qorunması arasında balansın təmin edilməsi xüsusi əhəmiyyət daşıyır.
Daha ətraflı linkdə tanış ola bilərsiniz.
Yaqut Ağaşahqızı, “İki sahil”
ARDNF-nin aktivləri 2025-ci ilin sentyabr ayının sonuna 70,2 milyard ABŞ dollarına yüksəlib
ARDNF suveren sərvət fondları üçün müəyyən olunmuş Santyaqo Prinsiplərini tətbiq edir
İcraçı direktor: İnvestisiya strategiyasının dəyişən qlobal şəraitə uyğunlaşdırılması strateji vəzifədir
İsrafil Məmmədov: Son illər Neft Fondun beynəlxalq tərəfdaşlıqlarının dərinləşdirilməsi baxımından da əlamətdar olub
Milli sərvətimizdən gələn gəlirlər: DÖVLƏT NEFT FONDU ONU NECƏ QORUYUR?- EKSKLÜZİV