Azərbaycan Cüdo Federasiyası (ACF) məşqçilərin ustalıq və peşəkarlıq səviyyəsinin artırılması məqsədilə 22–26 dekabr tarixlərində I və II dan dərəcələri üzrə seminar və imtahan təşkil edib.
Federasiyadan “İki sahil”ə verilən məlumata görə, tədris prosesinə ümumilikdə 30 nəfər cəlb olunub.
Proqram çərçivəsində I dan dərəcəsi üzrə “Nage-no-Kata”, II dan dərəcəsi üzrə isə “Katame-no-Kata” istiqamətində nəzəri və praktik məşğələlər keçirilib, iştirakçıların bilik və bacarıqları qiymətləndirilib.
Tədbirə Türkiyə Cüdo Federasiyasının Təhsil Direktoru Mehmet Yılmaz da dəvət olunaraq təcrübə mübadiləsində iştirak edib.
ACF dan dərəcələrinin inkişafı istiqamətində məşqçilər üçün təlim və imtahan proseslərini mütəmadi şəkildə davam etdirir.