İngiltərənin "Nottingem Forest" klubunun ev oyunlarını qəbul etdikləri "Siti Qround" stadionun tribunalarına keçmiş futbolçu, UEFA Çempionlar Liqasının ikiqat qalibi Con Robertsonun adı veriləcək.
“İki sahil” xəbər verir ki, bunu klubun sahibi Evangelos Marinakis mətbuat xidmətinə açıqlamasında deyib.
C.Robertson dekabrın 25-də 73 yaşında vəfat edib. Qeyd edək ki, keçmiş futbolçu 1979 və 1980-cı illərdə "Nottingem Forest"in heyətində UEFA Çempionlar Liqasının qalibi adını qazanıb.
Avropa Atletikasına üzv federasiyaların rəhbər şəxslərinin konfransı işini yekunlaşdırıb
Fərid Qayıbov Dünya Kapoeyra Federasiyasının prezidenti Rodriqo Furbino Qomes ilə görüşüb.