Ağdərə rayonunda hündürlükdən yıxılan kişi ölüb.
“İki sahil” xəbər verir ki, Ağdərə rayon sakini, 1970-ci il təvəllüdlü Möhübbət Qayım oğlu Xıdırov Umudlu kəndində hündürlükdən yıxılıb. O, baş nahiyəsindən ağır xəsarət alaraq ölüb.
Rayon prokurorluğu faktla bağlı araşdırma aparır.
KOBİA-da Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib
WUF13-ün təşkili ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin iclası keçirilib - FOTO