27 dekabr 2025 14:36
95

Liviya təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanlarla vida mərasimi keçirilib

Ankarada “Murted” hərbi hava limanının ərazisində dekabrın 23-də baş vermiş təyyarə qəzası nəticəsində Liviya Müdafiə Nazirliyinin nümayəndə heyətinin beş üzvünün və təyyarə heyətinin üç üzvünün həyatını itirməsi ilə bağlı vida mərasimi təşkil olunub.

“İki sahil” xəbər verir ki, mərasimdə Türkiyənin milli müdafiə naziri Yaşar Gülər, Silahlı Qüvvələrin Baş Qərargah rəisi Səlcuq Bayraktaroğlu, Türkiyənin quru və dəniz qüvvələrinin komandanları, Liviyanın Ankaradakı səfiri və digər rəsmi şəxslər iştirak ediblər. Həlak olanların xatirəsinə dualar oxunub. Cənazələr təyyarəyə yerləşdirilərək Liviyaya yola salınıb.

Təyyarə qəzası qurbanları ilə rəsmi vida mərasimində iştirak etmək üçün Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi S.Bayraktaroğlu Liviyaya yola düşüb.