Kral III Çarlz və Şahzadə Uilyamın 2026-cı ildə ayrı-ayrılıqda ABŞ-a səfəri planlaşdırılır.
“İki sahil” “The Independent”ə istinadla xəbər verir ki, həmin il ABŞ-da Amerika müstəqilliyinin 250 illiyi qeyd olunacaq. Bildirilib ki, Kralın mümkün səfəri ilə bağlı müzakirələr artıq aparılır. Şahzadə Uilyamın isə 2026-cı ildə ABŞ-da keçiriləcək futbol üzrə dünya çempionatı zamanı ölkəyə səfəri gözlənilir. Bu səfərlər baş tutacağı təqdirdə, 2007-ci ildən bəri hökmranlıq edən Britaniya monarxının ABŞ-a ilk rəsmi səfəri olacaq.
Məlumatda qeyd olunur ki, bu mümkün səfərlər Böyük Britaniyanın ABŞ-la ticarət sazişini yekunlaşdırmaq istiqamətində səylərini davam etdirdiyi bir dövrə təsadüf edir. Bildirilir ki, Prezident Donald Trampın sentyabr ayında Britaniyaya dövlət səfəri zamanı elan edilmiş texnoloji tərəfdaşlıq Vaşinqton tərəfindən müvəqqəti dayandırılıb.