İngiltərənin "Mançester Siti" klubu müdafiəçisi Natan Akeni satışa çıxarıb.
“İki sahil”in "Defensa Central"a istinadən məlumatına görə, futbolçu İspaniyanın "Real" klubuna təklif olunub.
Mançester təmsilçisi 30 yaşlı oyunçunun satışından 30 milyon avro əldə etmək istəyir və bu səbəbdən onu azad agent kimi buraxmaq niyyətində deyil. Hazırda isə niderlandlı futbolçuya "Barselona" (İspaniya) "Real"dan daha çox maraq göstərir.
Qeyd edək ki, N.Ake 2020-ci ilin yayından "Mançester Siti"nin formasını geyinir. Bu mövsüm bütün turnirlərdə iştirak etdiyi 13 matçda məhsuldarlıqla yadda qalmayıb. "Mançester Siti" ilə müqaviləsinin müddəti 2027-ci ilə qədər olan futbolçu 18 milyon avro dəyərində qiymətləndirilir.
Avropa Atletikasına üzv federasiyaların rəhbər şəxslərinin konfransı işini yekunlaşdırıb
Fərid Qayıbov Dünya Kapoeyra Federasiyasının prezidenti Rodriqo Furbino Qomes ilə görüşüb.