27 dekabr 2025 18:44
117

Xankəndidə "Qış nağılı" yarmarkası başlayıb

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə dekabrın 27-də Xankəndi şəhərində "Qış nağılı" adlı yarmarka fəaliyyətə başlayıb.

“İki sahil” xəbər verir ki,  yanvarın 5-dək davam edəcək yarmarka Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi, Bərpa, Tikinti və İdarəetmə Xidmətinin təşkilatçılığı ilə artıq 2-ci dəfədir, keçirilir.

Yarmarka şəhərin Zəfər meydanında təşkil edilib. Yarmarkada 30-dək şirkət öz məhsulları ilə təmsil olunur.