İspaniyalı keçmiş FIFA referisi Xavyer Estrada Fernandes "Real"ın sabiq futbolçusu Kriştianu Ronalduya qırmızı vərəqə göstərdiyinə görə, Madrid təmsilçisinin oyunlarına 2 il müddətinə təyinat almayıb.
“İki sahil” "Sport.es"ə istinadən xəbər verir ki, bu barədə hakim özü bildirib. O, 2009-cu ildə "Almeriya" ilə matçda Ronaldunu qırmızı vərəqə ilə cəzalandırdıqdan sonra təxminən 2 il "Real"ın oyunlarına təyinat almadığını söyləyib.
"Həmin oyundan sonra evə qayıdanda hakimlər heyətinin rəhbəri Sançes Arminio mənə zəng etdi. O baş verənlərdən məmnunluq hissi keçirmədiyini, hadisənin hər bir idman qəzetinin ön səhifələrində yer alacağını və bunun nəticələrinin olacağına işarə etdi. Futbolun bilinməyən, yaxud insanların bilmək istəmədiyi qaranlıq tərəfləri və bundan öz məqsədləri üçün istifadə edənlər var", - deyə X. Fernandes bildirib.
Qeyd edək ki, K. Ronaldu 2009/2010 mövsümündə La Liqanın XII turunda baş tutan "Real" - "Almeriya" (4:2) matçının 88-ci dəqiqəsində ikinci sarı vərəqədən sonra meydandan qovulmuşdu.
14 yaşadək cüdoçular arasında Azərbaycan birinciliyində fərdi mübarizələr başa çatıb