Almaniyanın Hannover şəhərinin hava limanı pilotsuz uçuş aparatlarının (PUA) müşahidə olunması ilə əlaqədar müvəqqəti olaraq bağlanıb.
“İki sahil” yerli mediaya istinadla xəbər verir ki, hadisə ilə əlaqədar hava məkanı saat 21:47-dən 00:16-dək qapadılıb və bu müddətdə yeddi reysə məhdudiyyət tətbiq olunub. Bir sıra təyyarələr Paderborn, Bremen, Düsseldorf və Frankfurt hava limanlarına yönləndirilib. Məhdudiyyətlər nəticəsində iki uçuş üzrə Hannoverə eniş baş tutmayıb və bu gün üçün planlaşdırılan uçuşlar yerinə yetirilməyib. Bu səbəbdən Frankfurt və Paris istiqamətlərində reyslər ləğv edilib. Hadisə ilə bağlı rəsmi qaydada ətraflı məlumat verilməsə də, yerli mətbuat əvvəlcə təxminən 80 metr hündürlükdə dronun, daha sonra isə azı iki PUA-nın hava limanı istiqamətində hərəkət etdiyini bildirib.
Hannover hava limanı oxşar səbəbdən noyabrda da qısa müddətə bağlanmışdı.
Mask ABŞ-ın təkpartiyalı dövlətə çevrilmək təhlükəsi ilə üzləşdiyini bəyan edib
Almaniyada metallurgiya və elektrotexnika sahələrində minlərlə iş yerinin itirilməsi proqnozlaşdırılır
Polşa Cənubi Koreyanın reaktiv yaylım atəş sistemləri üçün raket istehsal edəcək