İspaniya millisinin sabiq müdafiəçisi Serxio Ramos yenidən Fransaya qayıda bilər.
“İki sahil” "Actu Foot"a istinadən xəbər verir ki, futbolçunun xidmətlərində "Nitsa" klubu maraqlıdır. Artıq tərəflər arasında danışıqlara start verilib. Fransa təmsilçisi Avropa futboluna qayıtmağı hədəfləyən mərkəz müdafiəçisi ilə müqavilə imzalamaq imkanını nəzərdən keçirir.
Qeyd edək ki, Avropada "Real", "Sevilya" (hər ikisi İspaniya), PSJ (Fransa) kimi klublarda forma geyinmiş 39 yaşlı Ramosun son iş yeri Meksika təmsilçisi "Monterrey" olub. O, dekabrın əvvəlində komandadan ayrılıb.
Böyük Britaniya Olimpiya Oyunlarını keçirmək üçün 7 milyon funt sterlinq ayırmağı planlaşdırır
İnfantino: Bakıda keçirilən FIFA U-15 dünya çempionatı və festivalı dünyanı birləşdirir