İtaliya təmsilçisi "Roma" A Seriyasının digər komandası "Genoa"nın yarımmüdafiəçisi Morten Frendrupu icarəyə götürməyi planlaşdırır.
“İki sahil” xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb. Fabrizio Romano-nun məlumatına görə, "Roma" "Genoa"nın yarımmüdafiəçisi Morten Frendrupu icarəyə götürməyi planlaşdırır. Tərəflər arasında danışıqlar davam edir.
Qeyd edək ki, Morten Frendrupun "Genoa" ilə müqaviləsinin müddəti 2028-ci ilə qədərdir. O, cari mövsüm 19 oyunda 1 qol vurub.
Böyük Britaniya Olimpiya Oyunlarını keçirmək üçün 7 milyon funt sterlinq ayırmağı planlaşdırır
İnfantino: Bakıda keçirilən FIFA U-15 dünya çempionatı və festivalı dünyanı birləşdirir