Xalq şairi Nəriman Həsənzadə müalicə aldığı Mərkəzi Klnik Xəstəxanasından evə buraxılıb.
“İki sahil” xəbər verir ki, Xalq şairinin köməkçisi Aref Mehmandost məlumat verib. "Həftədə bir dəfə dializ olunacaq. Bundan əlavə, evdə mütəmadi olaraq həkim müayinə edəcək", - deyə Xalq şairinin köməkçisi bildirib.
Qeyd edək ki, Nəriman Həsənzadə böyrəklərində yaranan problemlərlə əlaqədar olaraq bir müddət əvvəl xəstəxanaya yerləşdirilmişdi.
BDU-da “Türk dünyasında transformasiya və inteqrasiya: iqtisadiyyat, siyasət və texnologiya” adlı Beynəlxalq konfrans keçirilir
58-ci Beynəlxalq Kimya Olimpiadasında (IChO2026) ölkəmizi təmsil edəcək milli komanda üzvləri müəyyən olunub!