Azərbaycanın avtovağzal və avtostansiyalarının gücləndirilmiş iş rejimində fəaliyyət göstərdiyi 29-31 dekabrda Bakı Beynəlxalq Avtovağzal Kompleksindən (BBAK) bölgələrə 838 reyslə 25 046 sərnişin daşınıb.
“İki sahil” xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir. Məlumata görə, adi günlərlə müqayisədə sərnişin tələbatını qarşılamaq üçün əlavə 200-dən çox reys həyata keçirilib.
Sərnişinlərin 60 %-i biletlərini onlayn qaydada "biletim.az" portalından alıb. Bu da onlayn bilet satışında rekord göstərici hesab olunur.
Paytaxtdan bölgələrə və əks istiqamətə sərnişin axınının çox olduğu nəzərə alınaraq, vətəndaşlara biletlərini əvvəlcədən "biletim.az"dan əldə etmələri tövsiyə olunur.
BDU-da “Türk dünyasında transformasiya və inteqrasiya: iqtisadiyyat, siyasət və texnologiya” adlı Beynəlxalq konfrans keçirilir
58-ci Beynəlxalq Kimya Olimpiadasında (IChO2026) ölkəmizi təmsil edəcək milli komanda üzvləri müəyyən olunub!