Türkiyə Futbol Federasiyası (TFF) "Qalatasaray" və "Trabzonspor"un Super Kubokun yarımfinal matçı ilə bağlı müraciətini cavablandırıb.
“İki sahil” xəbər verir ki, federasiya hər iki klubun oyunun təxirə salınması ilə bağlı rəsmi tələbinə mənfi cavab verib.
TFF-nin qərarına əsasən, təqvimdə hər hansı dəyişiklik edilməyəcək. Beləliklə, "Qalatasaray" və "Trabzonspor" arasındakı yarımfinal qarşılaşmasının əvvəlcədən planlaşdırıldığı kimi, 5 yanvar tarixində Qaziantepdə keçirilməsi qətiləşib.
Qeyd edək ki, hər iki klub sıx qrafik səbəbindən matçın başqa tarixə keçirilməsi üçün TFF-yə müraciət ünvanlamışdı.
Böyük Britaniya Olimpiya Oyunlarını keçirmək üçün 7 milyon funt sterlinq ayırmağı planlaşdırır
İnfantino: Bakıda keçirilən FIFA U-15 dünya çempionatı və festivalı dünyanı birləşdirir