Milli Hidrometeorologiya Xidmətinin yanvarın 4-ü saat 10:00-a olan məlumatına əsasən, ölkə ərazisində hava şəraiti yağmursuz keçir, bəzi yerlərdə külək müşahidə olunur.
“İki sahil” xəbər verir ki, Xidmətdən bildirilib ki, bir sıra ərazilərdə cənub-qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 20, Goranboyda 19, Naftalan, Xızıda 18, Qobustanda 16 m/s-dək güclənir.
Qar ötüyünün hündürlüyü tədricən əriyib. Şahbuzda 48, Qaxda 34, Qusarda 25, Lerikdə 20, Xınalıqda 19, Yardımlıda 15, Gədəbəydə 14, Daşkəsəndə 9, Şahdağda 10, Quba, Altıağac, Sədərək, Şəkidə 6, Qəbələdə 3, Şərur, Ordubad, Qobustanda 2 sm-dir.
BDU-da “Türk dünyasında transformasiya və inteqrasiya: iqtisadiyyat, siyasət və texnologiya” adlı Beynəlxalq konfrans keçirilir
58-ci Beynəlxalq Kimya Olimpiadasında (IChO2026) ölkəmizi təmsil edəcək milli komanda üzvləri müəyyən olunub!