Sumqayıt şəhərində qanunsuz küçə ticarətinin qarşısının alınması məqsədilə növbəti reyd keçirilib.
“İki sahil” xəbər verir ki, reyd şəhərin 20 Yanvar küçəsində təşkil olunub.
Aidiyyəti qurumların iştirakı ilə keçirilən tədbir zamanı ərazidə qanunsuz şəkildə quraşdırılmış 11 ədəd köşk sökülərək ərazidən götürülüb. Köşklər xüsusi texnikaların köməyi ilə daşınıb.
Bildirilib ki, şəhər ərazisində qanunsuz küçə ticarətinə qarşı müntəzəm reydlər davam etdiriləcək və bu istiqamətdə nəzarət tədbirləri gücləndiriləcək.
BDU-da “Türk dünyasında transformasiya və inteqrasiya: iqtisadiyyat, siyasət və texnologiya” adlı Beynəlxalq konfrans keçirilir
58-ci Beynəlxalq Kimya Olimpiadasında (IChO2026) ölkəmizi təmsil edəcək milli komanda üzvləri müəyyən olunub!