Ağsu dolaylarında yol hərəkətinin təhlükəsizliyinin təmin olunması məqsədilə yol polisi və post-patrul xidmətinin əməkdaşları gücləndirilmiş rejimdə xidmət aparıblar.
Buzlaşma səbəbindən hərəkətdə çətinlik yaşayan sürücülərə polis əməkdaşları tərəfindən operativ şəkildə köməklik göstərilib, nəqliyyat vasitələrinin təhlükəsiz hərəkəti təmin olunub.
Eyni zamanda, buzlaşmanın müşahidə edildiyi ərazilərə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları cəlb olunub. Xüsusilə sərt eniş-yoxuşlu və təhlükəli sahələrdə yolun hərəkət hissəsinə duz-qum qarışığı səpilib, nəticədə sürüşmə riski minimuma endirilib. Hazırda ərazidə vəziyyət nəzarət altındadır və yol hərəkəti iştirakçılarına diqqətli olmaları, sürət həddinə riayət etmələri tövsiyə olunur.
AZƏRTAC
BDU-da “Türk dünyasında transformasiya və inteqrasiya: iqtisadiyyat, siyasət və texnologiya” adlı Beynəlxalq konfrans keçirilir
58-ci Beynəlxalq Kimya Olimpiadasında (IChO2026) ölkəmizi təmsil edəcək milli komanda üzvləri müəyyən olunub!