Cari ilin dekabr ayında Google Azərbaycanda ən populyar axtarış sistemi mövqeyini qoruyub saxlayaraq 83,75 faiz paya malik olub.
“İki sahil”in "Global Stats" statistika mərkəzindən əldə etdiyi məlumata görə, "Google"un bazar payı cari ilin oktyabr ayı ilə müqayisədə 4,37 faiz bəndi artıb.
Hesabat dövründə “Yandex” axtarış sisteminin payı 4,48 faiz bəndi azalaraq 13,86 faiz təşkil edib.
Oktyabr ayında "Bing"in payında 0,01 faiz bəndi artım qeydə alınaraq 1,6 faizə çatıb, "Yahoo"nun göstəricisi isə 0,04 faiz bəndi azalaraq 0,27 faiz olub.
BDU-da “Türk dünyasında transformasiya və inteqrasiya: iqtisadiyyat, siyasət və texnologiya” adlı Beynəlxalq konfrans keçirilir
58-ci Beynəlxalq Kimya Olimpiadasında (IChO2026) ölkəmizi təmsil edəcək milli komanda üzvləri müəyyən olunub!