Sumqayıt şəhərində 700 abonentin qaz təchizatında fasilə olacaq.
“İki sahil” xəbər verir ki, "Azəriqaz" İB Sumqayıt QİS-dən verilən məlumata görə, Sumqayıt şəhəri, Beton zavodunun ərazisində yerləşən 76 mm-lik qaz xəttində aşkar olunan sızmaların aradan qaldırılması məqsədilə bu gün saat 13:00-dan etibarən təmir işlərinə başlanılacaq.
Bu səbəbdən ərazidəki 700 abonentin qaz təchizatı müvəqqəti dayandırılacaq.
Qazın verilişi təmir-bərpa işləri yekunlaşdıqdan sonra bərpa ediləcək.
BDU-da “Türk dünyasında transformasiya və inteqrasiya: iqtisadiyyat, siyasət və texnologiya” adlı Beynəlxalq konfrans keçirilir
58-ci Beynəlxalq Kimya Olimpiadasında (IChO2026) ölkəmizi təmsil edəcək milli komanda üzvləri müəyyən olunub!