"Azərbaycan Dəmir Yolları" QSC (ADY) 31 dekabr-4 yanvarda 62 690 sərnişin daşıyıb.
“İki sahil” xəbər verir ki, bu barədə səhmdar cəmiyyətindən bildirilib.
Məlumata əsasən, Abşeron dairəvi dəmir yolu ilə 48 542 nəfər, Bakı-Qazax-Bakı marşrutu ilə 8 885 nəfər (Bakı-Ağstafa-Bakı əlavə reysləri daxil olmaqla) daşınıb.
Qeyd edilib ki, Bakı-Qəbələ-Bakı, Bakı-Balakən-Bakı, Bakı-Ağdam-Bakı və Gəncə-Mingəçevir marşrutları ilə 5 263 nəfər səfər edib.
Xatırladaq ki, ADY qeyd olunan tarixlərdə-gücləndirilmiş rejimdə fəaliyyət göstərib, ölkədaxili marşrutlar üzrə əlavə reyslər yerinə yetirilib və vaqon sayı tələbata uyğun olaraq artırılıb. Abşeron dairəvi dəmir yolu üzrə isə qatarların hərəkəti şənbə və bazar günlərinin qrafikinə uyğun tənzimlənib.
BDU-da “Türk dünyasında transformasiya və inteqrasiya: iqtisadiyyat, siyasət və texnologiya” adlı Beynəlxalq konfrans keçirilir
58-ci Beynəlxalq Kimya Olimpiadasında (IChO2026) ölkəmizi təmsil edəcək milli komanda üzvləri müəyyən olunub!