Futbol üzrə Türkiyə Superkubokunda ilk yarımfinal oyunu keçirilib.
“İki sahil” xəbər verir ki, "Qalatasaray" finala gedən yolda "Trabzonspor"la üz-üzə gəlib. Qaziantep Böyükşəhər Stadionunda təşkil edilən matçda rəqibini 4:1 hesabı ilə məğlub edən İstanbul klubu həlledici görüşə vəsiqə qazanıb.
"Qalatasaray"ın finaldakı rəqibi “Fənərbağça” - “Samsunspor” cütünün qalibi olacaq. Qarşılaşma yanvarın 6-da keçiriləcək.
Superkubok uğrunda final matçı isə yanvarın 10-da Atatürk Olimpiya Stadionunda oynanılacaq.
Böyük Britaniya Olimpiya Oyunlarını keçirmək üçün 7 milyon funt sterlinq ayırmağı planlaşdırır
İnfantino: Bakıda keçirilən FIFA U-15 dünya çempionatı və festivalı dünyanı birləşdirir