Yanvarın 5-də Praqa beynəlxalq hava limanında "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) Bakıya uçuş həyata keçirən təyyarəsi ilə bağlı insidentin qarşısını aviaşirkətin ekipajı alıb.
“İki sahil” xəbər verir ki, bu barədə AZAL-dan bildirilib.
Məlumata görə, Praqa–Bakı marşrutu üzrə uçuşdan əvvəl təhlükəsizlik nəzarəti qaydalarını pozaraq hava gəmisinə daxil olmağa cəhd göstərən kənar şəxslə bağlı insident qeydə alınıb. Uçuşun və sərnişinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə həmin şəxsin təyyarəyə girişinin qarşısı vaxtında alınıb. Hava limanının təhlükəsizlik xidmətləri və hüquq-mühafizə orqanları hadisə yerinə gələnədək həmin şəxsin hərəkətlərini ekipajı dayandırıb.
Hazırda insidentlə bağlı hava limanının müvafiq xidmətləri və səlahiyyətli qurumlarla birgə araşdırma aparılır. (Report)
BDU-da “Türk dünyasında transformasiya və inteqrasiya: iqtisadiyyat, siyasət və texnologiya” adlı Beynəlxalq konfrans keçirilir
58-ci Beynəlxalq Kimya Olimpiadasında (IChO2026) ölkəmizi təmsil edəcək milli komanda üzvləri müəyyən olunub!