Abşeron rayonunun Saray qəsəbəsində şagird dəm qazından boğulub.
“İki sahil” xəbər verir ki, H.Axundov adına 3 nömrəli məktəbin 2-ci sinif şagirdi Dadaşzadə Tahir Tamerlan oğlu yaşadığı evdə dəm qazı səbəbindən ölüb.
Hadisə zamanı uşağın anasının da dəm qazından zəhərləndiyi, vəziyyətinin ağır olduğu bildirilir. O, xəstəxanaya yerləşdirilib.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
BDU-da “Türk dünyasında transformasiya və inteqrasiya: iqtisadiyyat, siyasət və texnologiya” adlı Beynəlxalq konfrans keçirilir
58-ci Beynəlxalq Kimya Olimpiadasında (IChO2026) ölkəmizi təmsil edəcək milli komanda üzvləri müəyyən olunub!