Londonun "Arsenal" klubu Almaniya Bundesliqasının parlayan ulduzlarından birini transfer etmək niyyətindədir.
“İki sahil” xəbər verir ki, "topçular" "Leypsiq"in 19 yaşlı vingeri Yan Diomandeni hədəfə alıb.
"The Athletic"in xəbərinə əsasən, London təmsilçisi gənc istedad üçün təxminən 100 milyon avro ödəməyə hazırdır.
"Leypsiq"in futbolçunu qış transfer pəncərəsində satmağa isti baxmadığı, bu səbəbdən keçidin yayda reallaşma ehtimalının daha yüksək olduğu vurğulanır.
Fil Dişi Sahili millisinin üzvü ilə eyni zamanda PSJ və "Mançester Yunayted" klubları da maraqlanır.
Böyük Britaniya Olimpiya Oyunlarını keçirmək üçün 7 milyon funt sterlinq ayırmağı planlaşdırır
İnfantino: Bakıda keçirilən FIFA U-15 dünya çempionatı və festivalı dünyanı birləşdirir