“Abşeron Lions” komandası heyətinə yeni basketbolçu cəlb edib.
“İki sahil” xəbər verir ki, “şirlər” ABŞ-dan olan Trevion Lamarın keçidini rəsmiləşdirib. 27 yaşlı pleymeyker ilə rəsmi müqavilə imzalanıb.
Trevion Lamarın son klubu İsveçrə təmsilçisi “Bazel” olub. O, ötən mövsüm orta hesabla 15.3 xal, 7.8 ribaund və məhsuldar ötürmələrlə yadda qalıb.
“Abşeron Lions” De Sin Eikenslə isə vidalaşıb.
Böyük Britaniya Olimpiya Oyunlarını keçirmək üçün 7 milyon funt sterlinq ayırmağı planlaşdırır
İnfantino: Bakıda keçirilən FIFA U-15 dünya çempionatı və festivalı dünyanı birləşdirir