Azərbaycan Basketbol Liqasının XII turunda bu gün daha bir qarşılaşma baş tutacaq.
“İki sahil” xəbər verir ki, B qrupunda "Naxçıvan" "Sumqayıt"la üz-üzə gələcək.
Matç saat 20:00-da "Sərhədçi" İdman Mərkəzində keçiriləcək.
Qeyd edək ki, turun ötən gün keçirilən görüşlərində "Ordu" "Quba"nı (116:111), "Lənkəran" isə "Sərhədçi"ni (72:69) üstələyib. XII tura yanvarın 11-də yekun vurulacaq.
Böyük Britaniya Olimpiya Oyunlarını keçirmək üçün 7 milyon funt sterlinq ayırmağı planlaşdırır
İnfantino: Bakıda keçirilən FIFA U-15 dünya çempionatı və festivalı dünyanı birləşdirir