Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 21-də Davosda “Vitol” şirkətinin baş icraçı direktoru Rassel Hardi ilə görüşüb.
“İki sahil” xəbər verir ki, söhbət zamanı Azərbaycanda həyata keçirilən neft strategiyası barədə məlumat verildi, ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində roluna toxunuldu. Bu xüsusda bir neçə Avropa ölkəsinin, o cümlədən Avropa İttifaqına bir sıra üzv dövlətlərin Azərbaycan qazı ilə təchiz edilməsi vurğulandı.
Görüşdə ölkəmizlə bu şirkət arasında əməkdaşlıq məsələləri ilə bağlı fikir mübadiləsi aparıldı.
Qeyd edək ki, baş ofisi Rotterdam şəhərində yerləşən “Vitol" dünyanın aparıcı neft ticarəti şirkətlərindən biridir. 1966-cı ildə qurulan "Vitol" qrupu dünyanın üç əsas xam neft broker şirkəti sırasına daxildir.
Birinci vitse-prezident Mehriban Əliyeva Türkiyə xalqının Cümhuriyyət Bayramını təbrik edib
Prezident İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyanın Baş nazirinə başsağlığı verib
Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü Yüksəksəviyyəli Görüşü keçirilib
Baş katib: Azərbaycanın sədrliyi ilə İƏT-in fəaliyyətinin daha da güclənəcəyinə inanıram