“Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülmək yalnız fərdi bir uğur deyil, eyni zamanda insanlıq, sülh və qarşılıqlı anlaşma ideyalarına verilən yüksək beynəlxalq dəyərin bariz nümunəsidir. Bu nüfuzlu mükafat müxtəlif mədəniyyətlər, dinlər və xalqlar arasında dialoqun, tolerantlığın və qarşılıqlı hörmətin təşviqinə töhfə verən fəaliyyətlərin önəmini bir daha təsdiqləyir.
Mükafatın fəlsəfəsi ondan ibarətdir ki, dünyada davamlı sülh yalnız insan qardaşlığına əsaslanan münasibətlər üzərində qurula bilər. Müasir dövrdə artan qlobal çağırışlar fonunda bu kimi təşəbbüslər xalqlar arasında etimadın möhkəmləndirilməsində xüsusi rol oynayır.
“Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdim edilməsi humanist dəyərlərin yaşadılması və gələcək nəsillərə ötürülməsi baxımından mühüm mesajdır. Bu mükafat bir daha göstərir ki, sülhə, əməkdaşlığa və insan ləyaqətinə xidmət edən ideyalar hər zaman beynəlxalq səviyyədə yüksək qiymətləndirilir.
Rauf Nəcəfov,
YAP Sədərək rayon təşkilatının məsləhətçisi
Qarabağ Avrasiyanın ən mühüm ekoloji bərpa və ekoturizm mərkəzlərindən birinə çevriləcək - TƏHLİL
Qubadlının bərpası Şərqi Zəngəzurun iqtisadi potensialının inkişafına töhfə verir