Yanvarın 22-də Yeni Azərbaycan Partiyasının (YAP) Veteranlar Şurasının iclası keçirilib.
“İki sahil” xəbər verir ki, YAP Veteranlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü Arif Rəhimzadə gündəlikdə duran məsələlər haqqında məlumat verərək Şuranın 2025-ci ildə də öz fəaliyyətini partiyanın Proqram və Nizamnaməsi çərçivəsində, müvafiq Tədbirlər Planına uyğun şəkildə davam etdirdiyini vurğulayıb.
Görülən işlərdən bəhs edən Arif Rəhimzadə 2026-cı ilin Tədbirlər Planında nəzərdə tutulan məsələlərə nəzər yetirərək ideoloji işin, o cümlədən gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi - milli şüurun gücləndirilməsinin diqqət mərkəzində olacağını vurğulayıb.
İclasda YAP Veteranlar Şurasının sədr müavini Sədaqət Qəhrəmanova, Şuranın üzvləri Tahir Rzayev, Elbay Qasımzadə, Zərifə Quliyeva, Adilə Abasova, Əli Həsənov, Tahir Quliyev, Vahid Novruzov, Urxan Ələkbərov, Xeyrəddin Qoca, Nazim İsmayılov, Fidumə Hüseynova, Arif Qaraşov və Zahid Xəlilov çıxış edərək müzakirə olunan məsələlərə münasibət bildiriblər.
YAP Veteranlar Şurasının fəaliyyətinə dair ötən ilin yekunları qənaətbəxş qiymətləndirilib. 2026-cı ilin Tədbirlər Planı ilə bağlı müxtəlif təkliflər səsləndirilib və yekunda müvafiq qərar qəbul olunub.
Birinci vitse-prezident Mehriban Əliyeva Türkiyə xalqının Cümhuriyyət Bayramını təbrik edib
Prezident İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyanın Baş nazirinə başsağlığı verib
Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü Yüksəksəviyyəli Görüşü keçirilib
Baş katib: Azərbaycanın sədrliyi ilə İƏT-in fəaliyyətinin daha da güclənəcəyinə inanıram