“Sumqayıt” 2025/26 mövsümünün ikinci yarısı üçün növbəti futbolçu keçidini gerçəkləşdirib.
“İki sahil” klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi müqavilə ilə Ukraynanın “Polissya” klubuna məxsus olan Danilo Beskorovaynıyı mövsümün sonuna qədər icarəyə götürüb. 26 yaşlı mərkəz müdafiəçisi “Sumqayıt”ın heyətində 33 nömrəli formada çıxış edəcək.
Qeyd edək ki, Danilo Beskorovaynıy karyerası ərzində “Polissya” ilə yanaşı Ukraynanın “Volın”, “Krivbas”, Litvanın “Atlantas”, Slovakiyanın “Mixalovtse”, “Dunayska Streda”, Qazaxıstanın “Astana” klublarında çıxış edib. O, Ukraynanın U-20 millisində 9 oyun keçirib.
AFFA prezidenti Rövşən Nəcəf U-15 dünya çempionatı ilə bağlı futbolçulara müraciət edib
BDU-nun elmi işçisi Polşa Elmlər Akademiyasının Fizika İnstitutunda tədqiqat aparacaq