Azərbaycan Prezidenti İlham Əliyev Avstraliya İttifaqının General-Qubernatoru xanım Samanta Mostinə bu ölkənin milli bayramı münasibətilə məktub ünvanlayıb.
“İki sahil” xəbər verir ki, General-Qubernatora və Avstraliya xalqına öz adından və Azərbaycan xalqı adından təbriklərini çatdıran dövlətimizin başçısı qeyd edib: “İnanıram ki, Azərbaycan ilə Avstraliya arasında münasibətlərin xalqlarımızın mənafelərinə uyğun olaraq dostluq ruhunda inkişafı, qarşılıqlı faydalı əməkdaşlığımızın davam etdirilməsi yolunda bundan sonra da birgə səylər göstərəcəyik”.
Prezident İlham Əliyev Samanta Mostinə cansağlığı, işlərində uğurlar, dost Avstraliya xalqına daim əmin-amanlıq və firavanlıq diləyib.
Prezident İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyanın Baş nazirinə başsağlığı verib
Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü Yüksəksəviyyəli Görüşü keçirilib
Baş katib: Azərbaycanın sədrliyi ilə İƏT-in fəaliyyətinin daha da güclənəcəyinə inanıram