Qrup mərhələsində son oyunumuza çıxırıq. Çox möhtəşəm bir stadionda güclü və özünəməxsus oyun üslubuna malik komandaya qarşı mübarizə aparacağıq. Rəqibin futbolçuları hər zaman yüksək istək və motivasiya ilə çıxış edirlər.
“İki sahil” xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Liverpul şəhərində “Enfild” stadionunda keçirilən mətbuat konfransında deyib.
“Biz də çalışacağıq ki, meydanda yaxşı oyun nümayiş etdirək. Futbolçularıma inanıram və əminəm ki, onlar sabah ən yaxşı oyunlarını göstərməyə çalışacaqlar”.
Qeyd edək ki, “Liverpul” – “Qarabağ” oyunu yanvarın 28-dən 29-na keçən gecə Bakı vaxtı ilə 00:00-da keçiriləcək.
AFFA prezidenti Rövşən Nəcəf U-15 dünya çempionatı ilə bağlı futbolçulara müraciət edib
BDU-nun elmi işçisi Polşa Elmlər Akademiyasının Fizika İnstitutunda tədqiqat aparacaq