İngiltərənin "Çelsi" klubunun futbolçusu Aksel Disasi karyerasını İtaliyada davam etdirə bilər.
“İki sahil” xəbər verir ki, "Fiorentina" 27 yaşlı müdafiəçi ilə maraqlanır.
London təmsilçisində heyətə düşə bilməyən oyunçunun komandadan ayrılacağı gözlənilir. "Vest Hem" də onu transfer etmək niyyətindədir.
Qeyd edək ki, Aksel Disasi cari mövsüm "Çelsi"nin heyətində meydana çıxmayıb. O, 2022-ci ildə Fransa millisi ilə dünya çempionatında gümüş medal qazanıb.
AFFA prezidenti Rövşən Nəcəf U-15 dünya çempionatı ilə bağlı futbolçulara müraciət edib
BDU-nun elmi işçisi Polşa Elmlər Akademiyasının Fizika İnstitutunda tədqiqat aparacaq