PAOK klubu Avropa Liqasının liqa mərhələsinin 8-ci turunda Fransanın "Lion" komandası ilə matçın təxirə salınması ilə bağlı UEFA-ya müraciət ünvanlayıb.
“İki sahil” xəbər verir ki, buna səbəb klubun azarkeşlərinin faciəvi qəzada həyatını itirməsi olub. Buna baxmayaraq qurum klubun bu müraciətini qəbul etməyib. Qarşılaşmanın planlaşdırıldığı kimi, yanvarın 29-da keçirilməsinə qərar verilib.
Xatırladaq ki, yanvarın 27-də Fransaya yollanan PAOK azarkeşlərini daşıyan mikroavtobus Rumıniyada ağır qəzaya uğrayıb. Yük maşını ilə toqquşma nəticəsində 10 sərnişindən 7-si dünyasını dəyişib.
AFFA prezidenti Rövşən Nəcəf U-15 dünya çempionatı ilə bağlı futbolçulara müraciət edib
BDU-nun elmi işçisi Polşa Elmlər Akademiyasının Fizika İnstitutunda tədqiqat aparacaq