İspaniyanın "Barselona" və İngiltərənin "Çelsi" klubları sosial şəbəkə hesablarında "Qarabağ" klubu ilə bağlı paylaşım ediblər.
“İki sahil” xəbər verir ki, paylaşım pley-off mərhələsində onların potensial rəqibləri ilə bağlıdır.
Paylaşımlarda "Qarabağ" futbol klubunun da loqosu yer alıb və "Bizim potensial rəqiblərimiz!" sözlərinə yer verilib.
Xatırladaq ki, UEFA Çempionlar Liqasının Liqa mərhələsini 10 xalla 22-ci sırada bitirən "Qarabağ" pley-offda İngiltərənin "Nyukasl" və ya Fransanın PSJ klubu ilə üz-üzə gələcək. Bu raundun püşkü yanvarın 30-da atılacaq.
AFFA prezidenti Rövşən Nəcəf U-15 dünya çempionatı ilə bağlı futbolçulara müraciət edib
BDU-nun elmi işçisi Polşa Elmlər Akademiyasının Fizika İnstitutunda tədqiqat aparacaq