UEFA Çempionlar Liqasının Liqa mərhələsində ən çox top qazanan futbolçular arasında "Qarabağ"ın müdafiəçisi Kevin Medina da yer alıb.
“İki sahil” xəbər verir ki, Medina Liqa mərhələsinin bütün oyunlarında 62 dəfə top qazanmağı bacarıb.
Kolumbiyalı müdafiəçi bu göstəriciyə görə cari mövsümdə UEFA Çempionlar Liqasında çıxış edən bütün futbolçular arasında üçüncü yerdə qərarlaşıb. Medina bu göstəricidə "Atletik Bilbao"nun futbolçusu Aytor Parades (77) və "Atalanta" klubundan Odilon Kossudan (66) geri qalır.
Qeyd edək ki, UEFA Çempionlar Liqasının Liqa mərhələsini 10 xalla 22-ci sırada bitirən "Qarabağ" pley-offda İngiltərənin "Nyukasl Yunayted" və ya Fransanın PSJ klubu ilə üz-üzə gələcək. Bu raundun püşkü yanvarın 30-da atılacaq.
AFFA prezidenti Rövşən Nəcəf U-15 dünya çempionatı ilə bağlı futbolçulara müraciət edib
BDU-nun elmi işçisi Polşa Elmlər Akademiyasının Fizika İnstitutunda tədqiqat aparacaq