"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov 21 il sonra yenidən "St James' Park" stadionuna yollanacaq.
“İki sahil” xəbər verir ki, onun komandası bu arenada Çempionlar Liqasının pley-off mərhələsində "Nyukasl"la qarşılaşacaq.
Ağdam təmsilçisinin baş məşqçisi 21 il öncə isə bu stadiona Azərbaycan yığmasının heyətində gedib. Belə ki, Q.Qurbanov millimizin İngiltərə millisinə qarşı keçirdiyi matçda start heyətində meydana çıxıb. O, həmin matçda qapı dirəyinə vurduğu zərbə ilə diqqət çəkib.
Sözügedən qarşılaşma isə ingilislərin 2:0 hesablı qələbəsi ilə yekunlaşmışdı.
AFFA prezidenti Rövşən Nəcəf U-15 dünya çempionatı ilə bağlı futbolçulara müraciət edib
BDU-nun elmi işçisi Polşa Elmlər Akademiyasının Fizika İnstitutunda tədqiqat aparacaq