Türkiyənin “Konyaspor” kubu PSV-nin Burkina Fasodan olan mərkəz müdafiəçisi Adamo Naqalonu cari mövsümün sonuna qədər icarəyə götürüb.
“İki sahil” Super Liqa təmsilçisinin saytına istinadla yazır ki, mövsümün sonuna qədər müqavilə imzalayan Naqalo yaşıl-ağ komandada 39 nömrəli formanı geyinəcək.
Futbol karyerasına “Right to Dream Akademiyası”nda başlayan Naqalo Danimarkada “Nordsjaelland” və Hollandiyada PSV-də oynayıb.
Naqalo 20 dəfə Burkina Faso millisinin formasını geyinib.
Məhərrəm Ağalaroğlu, “İki sahil”
AFFA prezidenti Rövşən Nəcəf U-15 dünya çempionatı ilə bağlı futbolçulara müraciət edib
BDU-nun elmi işçisi Polşa Elmlər Akademiyasının Fizika İnstitutunda tədqiqat aparacaq