Fransa millisinin və "Real"ın sabiq üzvü Kərim Benzema "Əl-İttihad"dan ayrıla bilər.
“İki sahil” xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.
Fransalı hücumçu klubun ona təklif etdiyi yeni müqavilənin şərtlərindən narazıdır. Buna görə də o, Səudiyyə Ərəbistanı klubunu tərk etməyi düşünür. 38 yaşlı hücumçu yeni variantları nəzərdən keçirir.
Xəbərdə bildirilir ki, Benzema Avropa futboluna qayıtmaq, eyni zamanda MLS komadalarından birinə keçmək ehtimalını da dəyərləndirir. Daha əvvəl fransalı forvardın müqavilə ilə bağlı yaranmış vəziyyət fonunda “Əl-Fəth”lə oyunda (2:2) iştirakdan imtina etdiyi qeyd olunmuşdu.
Xatırladaq ki, Kərim Benzema 2023-cü ilin yayından “Əl-İttihad”da oynayır. O, cari mövsüm bütün turnirlərdə 21 oyuna çıxaraq 16 qol vurub. Futbolçunun klubla mövcud müqaviləsi 2026-cı ilin yayına qədər qüvvədədir.
AFFA prezidenti Rövşən Nəcəf U-15 dünya çempionatı ilə bağlı futbolçulara müraciət edib
BDU-nun elmi işçisi Polşa Elmlər Akademiyasının Fizika İnstitutunda tədqiqat aparacaq