Ağsuda ağır yol qəzası baş verib.
“İki sahil” "Report" istinadla xəbər verir ki, hadisə nəticəsində dörd nəfər xəsarət alıb.
Qəza Ağsu-Bəhrəmtəpə yolunun rayonun Ərəbmehdibəy kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "Mercedes" markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində 4 nəfər - 30 yaşlı Ruslan Tağıyev, 34 yaşlı Amil Mollayev, 28 yaşlı İlkin Heybətov və hələlik şəxsiyyəti məlum olmayan şəxs müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıblar.
Yaralılar dərhal təcili tibbi yardım maşınının köməyi ilə Ağsu rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb.
TƏBİB-dən bildirilib ki, 01.01.2026-ci il tarixində saat 00:20 radələrində 4 nəfər (kişi cinsli) Ağsu Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Müxtəlif bədən xəsarətləri alan şəxslərin hər birinə zəruri tibbi xidmətlər göstərilib.
Vəziyyəti qənaətbəxş qiymətləndirilən iki nəfər ambulator müalicə üçün evə buraxılıb.
Hazırda iki nəfərin müalicəsi müvafiq şöbələrdə davam etdirilir, bir nəfərin vəziyyəti orta ağır, digərinin isə ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
Leyla Əliyeva COP31-də Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Tullantı Fondunun birgə pavilyonunda olub, bir sıra ekspertlərlə görüşüb
Leyla Əliyeva COP31 çərçivəsində Xəzər dənizinin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib
Dövlət Komitəsinin sədri COP31 iştirakçılarına Azərbaycanın milli inkişaf prioritetləri haqqında məlumat verib
Süd istehsalçıları və emal müəssisələrinin nümayəndələri ilə onlayn görüş keçirilib