"Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) 14 362 əməkdaşından 3 190 nəfəri, yəni 22,2 faizinin yaşı 35-ə qədərdir, yəni gəncdir.
“İki sahil” xəbər verir ki, qurum ötən il gənclərin inkişafına yönəlmiş bir sıra layihələr həyata keçirib. 14 əmək yarmarkasında yüzlərlə gəncə ADY-də mövcud iş imkanları barədə ətraflı məlumat verilib, 50 tələbə və yeni məzun yay təcrübə proqramına cəlb edilib, onlardan 14-ü artıq ADY komandasının üzvünə çevrilib. Gənclər üçün "Açıq qapı" günləri və ekskursiyalar təşkil olunub, dəmir yolu sektorunun ekoloji üstünlükləri və innovativ həlləri təqdim edilib.
"Bu göstərici gənclərin peşəkar inkişafının ADY üçün prioritet olduğunu bir daha təsdiqləyir", - deyə məlumatda qeyd olunub.
Xatırladaq ki, bu gün Azərbaycanda Gənclər Günü qeyd olunur.
Leyla Əliyeva COP31-də Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Tullantı Fondunun birgə pavilyonunda olub, bir sıra ekspertlərlə görüşüb
Leyla Əliyeva COP31 çərçivəsində Xəzər dənizinin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib
Dövlət Komitəsinin sədri COP31 iştirakçılarına Azərbaycanın milli inkişaf prioritetləri haqqında məlumat verib
Süd istehsalçıları və emal müəssisələrinin nümayəndələri ilə onlayn görüş keçirilib