Milli Məclisin Hesablayıcı və İntizam komissiyaları yeni tərkibdə formalaşıb.
“İki sahil” xəbər verir ki, parlamentin bugünkü plenar iclasında komissiyaların yaradılması haqqında qərar layihələri müzakirəyə çıxarılıb.
Məlumat verilib ki, Hesablayıcı komissiyasının tərkibinə deputatlar Eldar Quliyev, Mixail Zabelin, Sevinc Hüseynova, Naqif Həmzəyev, Rövşən Muradov, Soltan Məmmədov və Səbinə Salmanova daxil ediliblər.
İntizam komissiyasının tərkibinə isə Eldar İbrahimov, Asim Mollazadə, Kamal Cəfərov, Afət Həsənova, Məlahət İbrahimqızı, Kəmaləddin Qafarov, Səttar Möhbaliyev, Nəsib Məhəməliyev, Hikmət Məmmədov, Məşhur Məmmədov, Nizami Səfərov daxil ediliblər.
Hər iki qərar layihəsi səsə qoyularaq bir oxunuşda qəbul edilib.
Prezident İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyanın Baş nazirinə başsağlığı verib
Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü Yüksəksəviyyəli Görüşü keçirilib
Baş katib: Azərbaycanın sədrliyi ilə İƏT-in fəaliyyətinin daha da güclənəcəyinə inanıram