Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən Bakıda və Abşeron yarımadasında fevralın 4-6-da fasilələrlə yağıntılı olacağı gözlənilir. 4-ü gün ərzində, 5-i gecə bəzi yerlərdə yağışın sulu qara keçəcəyi ehtimalı var.
“İki sahil” xəbər verir ki, Azərbaycanın rayonlarında isə fevralın 3-ü axşamdan 5-i səhərədək hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntıların intensivləşəcəyi ehtimalı var.
Fevralın 4-6-da bəzi dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.
Ölkə ərazisində havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə aşağı enəcək.
Leyla Əliyeva COP31-də Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Tullantı Fondunun birgə pavilyonunda olub, bir sıra ekspertlərlə görüşüb
Leyla Əliyeva COP31 çərçivəsində Xəzər dənizinin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib
Dövlət Komitəsinin sədri COP31 iştirakçılarına Azərbaycanın milli inkişaf prioritetləri haqqında məlumat verib
Süd istehsalçıları və emal müəssisələrinin nümayəndələri ilə onlayn görüş keçirilib