Göyçayda avtomobil elektrik dirəklərini aşırıb.
Hadisə Qarabaqqal kəndində qeydə alınıb.
Belə ki, "Hyundai" markalı avtomobil həmin istiqamətdə hərəkətdə olarkən idarəetmədən çıxıb. Nəticədə avtomobil yol kənarındakı yüksək gərginlikli elektrik dirəklərinə çırpılıb.
Qəza nəticəsində 10 kv-luq 3 ədəd yüksək gərginlikli elektrik dirəyi sıradan çıxıb, Hacalıkənd, Qarabaqqal və Bığır kəndlərinin bir hissəsində elektrik enerjisinin verilişində fasilələr yaranıb.
Əraziyə aidiyyəti qurumun və Göyçay rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları cəlb olunub. Hazırda aşmış dirəklərin yenisi ilə əvəz olunması istiqamətində işlər görülür.
Hadisənin başvermə səbəbləri araşdırılır.
"Report"
Leyla Əliyeva COP31-də Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Tullantı Fondunun birgə pavilyonunda olub, bir sıra ekspertlərlə görüşüb
Leyla Əliyeva COP31 çərçivəsində Xəzər dənizinin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib
Dövlət Komitəsinin sədri COP31 iştirakçılarına Azərbaycanın milli inkişaf prioritetləri haqqında məlumat verib
Süd istehsalçıları və emal müəssisələrinin nümayəndələri ilə onlayn görüş keçirilib