Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi (ETİHİ) tərəfindən yanvar ayı ərzində ittifaq üzvləri üçün sanatoriya və müalicə mərkəzlərinə yollayışlardan istifadə imkanı yaradılıb.

“İki sahil” xəbər verir ki, bu barədə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Araz Paşayev məlumat verib. A.Paşayev bildirib ki, ümumilikdə 216 nəfər təhsil işçisi yollayışla təmin olunub, 449 nəfər isə ailə üzvləri ilə birlikdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının nəzdində fəaliyyət göstərən sanatoriya və müalicə mərkəzlərində istirahət edib: "Yanvar ayı ərzində ilk həmkarlar təşkilatlarının sədrləri üçün təşkil olunan proqram çərçivəsində 44 nəfər ailə üzvləri ilə birlikdə olmaqla ümumilikdə 92 nəfər 3 günlük müalicə paketindən yararlanıb.
Bununla yanaşı, ötən ay rayon və şəhər komitələrinin təşkil etdiyi ekskursiyalara 165 nəfər ittifaq üzvü cəlb olunub."
Leyla Əliyeva COP31-də Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Tullantı Fondunun birgə pavilyonunda olub, bir sıra ekspertlərlə görüşüb
Leyla Əliyeva COP31 çərçivəsində Xəzər dənizinin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib
Dövlət Komitəsinin sədri COP31 iştirakçılarına Azərbaycanın milli inkişaf prioritetləri haqqında məlumat verib
Süd istehsalçıları və emal müəssisələrinin nümayəndələri ilə onlayn görüş keçirilib