Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının 2026-cı il üzrə ilk iclası keçirilib.
“İki sahil” xəbər verir ki, Müşahidə Şurasının sədri Dağbəyi İsmayılovun rəhbərliyi ilə keçirilən görüşdə Müşahidə Şurasının üzvləri Vüqar Əliyev, Şəfəq Mehrəliyeva, Sevil Mikayılova, Elçin Şıxlı, Agentliyin İcraçı direktoru Əhməd İsmayılov və İcraçı direktorun müavini Natiq Məmmədli iştirak ediblər.
İclasın gündəliyinə əsasən Medianın İnkişafı Agentliyinin Aparat rəhbəri Rəqsanə Kərimova tərəfindən Agentliyin 2025-ci il üzrə fəaliyyətinə dair hesabat təqdim olunub. Hesabatda media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi, jurnalistlərin və kommunikasiyaya məsul şəxslərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, cəmiyyətin media savadlılığının artırılması istiqamətində həyata keçirilən tədbirlər, həmçinin Agentlik tərəfindən media sahəsində beynəlxalq əlaqələrin qurulması və inkişafı ilə bağlı görülən işlər, təşkil edilən beynəlxalq tədbirlər barədə ətraflı məlumat verilib. Şura üzvləri tərəfindən nizamnaməyə uyğun olaraq icra edilən layihələrin əhatə dairəsinin daha da genişləndirilməsi üçün yeni təkliflər irəli sürülüb, Agentliyin qarşıdakı dövrdə fəaliyyətinin təşkili üçün prioritet istiqamətlər müəyyənləşdirilib.
Daha sonra Agentliyin Maliyyə və təminat departamentinin direktoru Orxan Hümbətzadə qurumun Nizamnaməsinə uyğun olaraq, bütün fəaliyyət istiqamətləri əhatə edilməklə cari il üçün maliyyə planlaşdırması barədə ətraflı məlumat verib, Şura üzvləri tərəfindən 2026-cı il üçün nəzərdə tutulmuş büdcə çərçivəsində vəsaitlərin bölgüsü məqsədəuyğun və qənaətbəxş hesab edilib.
Bununla yanaşı, müzakirələr zamanı media sahəsinin davamlı inkişafını təmin edəcək strateji layihələrin icrası, innovativ yanaşmaların təşviqi və mövcud resurslardan səmərəli istifadə imkanları geniş müzakirə olunub, bu istiqamətlər üzrə fikir mübadiləsi aparılıb.
Leyla Əliyeva COP31-də Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Tullantı Fondunun birgə pavilyonunda olub, bir sıra ekspertlərlə görüşüb
Leyla Əliyeva COP31 çərçivəsində Xəzər dənizinin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib
Dövlət Komitəsinin sədri COP31 iştirakçılarına Azərbaycanın milli inkişaf prioritetləri haqqında məlumat verib
Süd istehsalçıları və emal müəssisələrinin nümayəndələri ilə onlayn görüş keçirilib