Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində ISO 56001:2024 “İnnovasiyalar üzrə İdarəetmə Sistemi” beynəlxalq standartı üzrə 2025-ci il üçün audit prosesi uğurla yekunlaşıb.
“İki sahil” xəbər verir ki, audit Beynəlxalq Standartlaşdırma Təşkilatının üzvü olan Türk Standartlar İnstitutu tərəfindən həyata keçirilib. Auditin nəticələri Dövlət Agentliyində innovasiya fəaliyyətinin sistemli, davamlı və beynəlxalq tələblərə uyğun şəkildə idarə olunduğunu göstərir.
Xatırladaq ki, Dövlət Agentliyi bu standartı ölkəmizdə ilk tətbiq edən dövlət qurumudur.
Dövlət Agentliyində formalaşdırılan innovativ yanaşmalar “ASAN xidmət” mərkəzlərində vətəndaşlara göstərilən dövlət xidmətlərinin daha keyfiyyətli təşkili və xidmətlərə əlçatanlığın artırılması məqsədilə tətbiq olunur.
Leyla Əliyeva COP31-də Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Tullantı Fondunun birgə pavilyonunda olub, bir sıra ekspertlərlə görüşüb
Leyla Əliyeva COP31 çərçivəsində Xəzər dənizinin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib
Dövlət Komitəsinin sədri COP31 iştirakçılarına Azərbaycanın milli inkişaf prioritetləri haqqında məlumat verib
Süd istehsalçıları və emal müəssisələrinin nümayəndələri ilə onlayn görüş keçirilib